İDMAN
Budo üzrə Azərbaycan millisindən növbəti uğur
Budo döyüş növləri üzrə İstanbulda keçirilən dünya çempionatında Azərbaycan millisi uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, mundialda Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyevin rəhbərliyi altında çıxış edən millimiz 8 medal qazanıb.
Gənclərin yarışında İftixar Məhərrəmov (fri-kontakt, 70 kq), böyüklərin mübarizəsində isə Emin Süleymanov (fri-kontakt, 75 kq), Cavid İsgəndərov (fri-kontakt, 80 kq), Tapdıq Yusubov (fri-kontakt, 85 kq), Səxavət Əliyev (fri-kontakt) və Elşən Kərimov (full-kontakt, hər ikisi 90 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Böyüklərin mübarizəsində full-kontakt yarışlarında Arzu Babayev (75 kq) və İlqar Rəfiyev (80 kq) gümüş medala sahib olublar.
İdmançılarımız peşəkar döyüşlərdə də qüvvələrini sınayıblar. Budoçularımızdan İftixar Məhərrəmov və Emin Süleymanov B-1 yarışlarında qalib gəliblər. Elşən Kərimov isə UFC kəmərinə sahib olub.