Buğda idxalı azalıb
Bakı, 30 dekabr, AZƏRTAC
2020-ci ilin yanvar-noyabr aylarında ölkəyə 1,2 milyon ton buğda idxal olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 262,5 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin on bir ayında ölkəyə 319,7 milyon dollarlıq 1,5 milyon tonadək buğda idxal edilib.