BULAQ KOMPLEKSİNİN AÇILIŞI
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 27-də Qusar şəhərində əhalini içməli su ilə təchiz etmək üçün çəkilmiş yeni su xətlərini birləşdirən Bulaq kompleksinin rəmzi açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı şəhərdə su təchizatı sisteminin yenidən qurulması layihəsi ilə tanış oldu. Bildirildi ki, 205 millimetrlik borularla çəkiləcək ana su xəttinin uzunluğu 1525 metr olacaqdır. Həmin xətdən su şəhərin müxtəlif küçələrinə paylanılacaqdır.
Prezident İlham Əliyev düyməni basdı və bulaq kompleksini işə saldı.
Dövlətimizin başçısına məlumat verildi ki, Qusar şəhərinin əhalisini çoxdan narahat edən içməli su probleminin aradan qaldırılması məqsədi ilə son 6 ay ərzində əməli tədbirlər görülmüş, 13 min metrədək müxtəlif diametrli su xətləri çəkilmişdir.
######
![]() |
![]() |

