BULUDLU HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏKDİR
Bakı, 13 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 14-də Bakıda havanın temperaturu gecə müsbət 13-15, gündüz 15-17, Naxçıvanda gündüz 17-19, gecə 2-4, aran bölgəsində gündüz 17-19, gecə 12-14, dağlıq zonada gündüz 12-14, gecə 6-8 dərəcə təşkil edəcəkdir. Dağlıq rayonlarda temperatur əvvəlki günlə müqayisədə gecə və gündüz iki dərəcə yüksələcəkdir.
Respublika ərazisində hava əsasən yağmursuz keçəcəkdir. Paytaxtda hava buludlu olacaqdır. Abşeron yarımadasında tutqun və nisbətən rütubətli hava şəraitinin davam etməsi ürək-damar xəstəlikləri olan insanlarda narahatlıq hissi yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]