İQTİSADİYYAT
“Buta Airways”in Kiyev istiqamətindəki bütün reysləri müvəqqəti olaraq “Borispol” aeroportuna həyata keçiriləcək
Bakı, 19 iyun, AZƏRTAC
“Buta Airways” aviaşirkətinin Kiyev istiqamətində olan bütün reysləri müvəqqəti olaraq “Borispol” hava limanına həyata keçiriləcək
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, “Julyanı” beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq bu il sentyabrın 2-dən sentyabrın 12-dək “Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri “Borispol” beynəlxalq hava limanına həyata keçiriləcək.
Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (martın 31-dən oktyabrın 26-dək) çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir. Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]