Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16 avqust 2013-cü il tarixli 14/88 saylı qərarı ilə təsdiq edilmişdir.

Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2013-cü il sentyabrın 6-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 54, 58, 59, 60 və 182-ci maddələrinə əsasən qərara alır:

1. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyev 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin