Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliyadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Bu, ölkənizin vətəndaşlarının Sizə göstərdiyi böyük etimadın təzahürüdür və tamamilə qanunauyğundur.

Sizin ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına şəxsi töhfənizi yüksək qiymətləndiririk. Ümidvarıq ki, bu münasibətlər tərəfdaşlıq prinsipi əsasında gələcəkdə daha da möhkəmlənəcəkdir.

Sizə və ailənizə cansağlığı, əmin-amanlıq, Azərbaycanın firavanlığı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

 

II İliya

Bütün Gürcüstanın Katolikos-patriarxı,

Mtsxeta və Tbilisi arxiyepiskopu,

Pitsunda, Suxumi və Abxaziya mitropoliti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin