Buxarestdə güclü partlayış baş verib VİDEO
Buxarest, 31 oktyabr, AZƏRTAC
Rumıniyanın Baş nazirinin müavini, daxili işlər naziri Qabriel Opreanın mətbuata verdiyi məlumata əsasən oktyabrın 30-da Buxarestdə gecə klublarının birində baş verən partlayış nəticəsində 25 nəfər ölüb, 145 nəfər xəsarət alıb. Rok konserti zamanı baş verən hadisə zamanı klubda təxminən 400 nəfər olub. İlkin məlumatlara görə, partlayış və yanğın atəşfəşanlıq səbəbindən baş verib.
Rumıniya prezidenti Klaus Yohannis hadisə ilə bağlı dərin sarsıntı və kədər hissi keçirdiyini bildirib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest