MƏDƏNİYYƏT
Camal Əliyev Kral Musiqi Kollecinin simfonik orkestri ilə birlikdə çıxış edəcək
Bakı, 30 mart, AZƏRTAC
Violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev iyunun 29-da Londonda Kral Musiqi Kollecinin simfonik orkestri ilə birlikdə çıxış edəcək.
AZƏRTAC Camal Əliyevin saytına istinadla xəbər verir ki, tamaşaçılara A.Dvorjakın "Violonçel üçün konsert"i təqdim olunacaq. Orkestrin dirijoru Jak Van Stindir.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist" proqramının iştirakçısı olub. Bu yaxınlarda "Sir Karl Jenkins" musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]