İDMAN
CAR-DA KOREYA XALQ DEMOKRATİK RESPUBLİKASININ DÖRD FUTBOLÇUSU İTMİŞDİR
Bakı, 18 iyun (AZƏRTAC). Cənubi Afrika Respublikasında (CAR) keçirilən dünya çempionatının qrup mərhələsi çərçivəsində Braziliya yığması ilə qarşılaşma ərəfəsində Koreya Xalq Demokratik Respublikasının (KXDR) dörd futbolçusu itmişdir.
An Çol Hyun, Kim Myonq Gil, Kim Kyonq İl və Pak Sun Hyok görüşün protokoluna daxil edilməmişdi. FİFA-nın reqlamentinə görə, əgər futbolçularla bağlı bir hadisə baş vermişdirsə, bu barədə FİFA-ya məlumat verilməli, onların adları müvafiq qeydlərlə protokola daxil edilməlidir.
Heç də istisna deyildir ki, həmin dörd futbolçu CAR-dan siyasi sığınacaq istəmişdir. Xatırladaq ki, KXDR-in baş məşqçisi Kim Yonq Huna mətbuat konfransı keçirməsi qadağan edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]