Cari ildə ÜDM istehsalı artıb
Bakı, 14 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb. ÜDM istehsalının 41,3 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 9938,7 manata bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:07]
® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib
- 12.11.2026 [17:50]
Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar
- 12.11.2026 [16:27]
Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri başa çatıb
- 12.11.2026 [16:20]