İQTİSADİYYAT
Cari ilin altı ayında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi artıb
Naxçıvan, 14 iyul (AZƏRTAC). Cari ilin ötən altı ayı ərzində Naxçıvan Muxtar Respublikasında 1 milyard 14 milyon 85 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Bu, ötən ilin müvafiq dövrünün göstəricisini 2,4 faiz üstələmək deməkdir.
Naxçıvan Muxtar Respublikası Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2014-cü ilin yanvar-iyun aylarında hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2323,8 manat (2962,9 ABŞ dolları) səviyyəsində olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 22,8 faizlik payla tikinti sahəsi tutmuşdur.