İQTİSADİYYAT
Cari ilin sonunadək “Akkord”un beynəlxalq reytinqi açıqlanacaqdır
Bakı, 21 dekabr (AZƏRTAC). “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2011-ci ildə beynəlxalq reytinqin alınması üçün danışıqlara başlamış və bu məqsədlə “Fitch” reytinq agentliyi ilə müqavilə bağlanmışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, “Akkord” korporasiyasının baş ofisində “Fitch” agentliyinin London ofisindən olan analitiklər qrupu korporasiyanın idarə heyəti ilə işçi görüşü keçirmişdir.
Görüşdə “Akkord” korporasiyasının idarə heyətinin üzvləri qurumun bütün fəaliyyət istiqamətləri, hazırkı durumu, inkişaf planları və s. mühüm məsələlərlə bağlı məlumat vermişlər.
Hazırda “Fitch” reytinq agentliyi tərəfindən “Akkord” korporasiyasının fəaliyyətinin təhlili davam etdirilir və təhlil başa çatdırıldıqdan sonra 2011-ci il dekabrın sonunadək korporasiyanın reytinqi açıqlanacaqdır.