ELM VƏ TƏHSİL
CARİ İLİN SONUNADƏK ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN KOMPYUTER VƏ DİGƏR İKT AVADANLIĞI İLƏ TƏMİNATI BAŞA ÇATDIRILACAQDIR
Təhsil naziri Misir Mərdanov AZƏRTAC-a demişdir ki, ölkəmizin Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə təminatı Proqramı (2005-2007-ci illər)” çərçivəsində 2007-ci ilin sonunadək ölkənin 3.693 məktəbinin 31.677 kompyuter və digər İKT avadanlığı, o cümlədən 1.103 məktəbin noutbuk və proyektorla təmin edilməsi başa çatdırılacaq, müvafiq təlim məşğələlərindən keçmiş müəllimlərin sayı 12.232 nəfər təşkil edəcək və yekunda V-XI siniflərdə hər 29 şagirdə 1 kompyuter nisbəti təmin olunacaqdır.
Nazir bildirmişdir ki, bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmizin təhsil sistemində ilk dəfə olaraq Azərbaycan tarixi, kimya, fizika, biologiya fənləri üzrə elektron təlim materialları və əyani vəsaitlərin hazırlanıb məktəblərə çatdırılması olmuşdur.