İQTİSADİYYAT
Cari ilin yanvar-sentyabr aylarında “İpək yolu” dəhlizində daşımaların həcmi artmışdır
Bakı, 22 noyabr (AZƏRTAC). Cari ilin yanvar-sentyabr aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən 42,1 milyon ton və ya ötən ildəkindən 5,4 faiz çox yük, 194,9 milyon nəfər və ya 8,1 faiz çox sərnişin daşınmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, dəhlizdən daşınmış yüklərin 44,4 faizi avtomobil, 37,3 faizi dəmir yolu, 18,3 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 7,4 faiz, dəmir yolu nəqliyyatında 6,2 faiz artım qeydə alınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 27,8 faizini və ya 11,7 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımalarından 318,6 milyon manat, sərnişin daşınmasından isə 61,3 milyon manat gəlir əldə edilmişdir və müvafiq olaraq 19,0 faiz və 8,9 faiz artmışdır.