İQTİSADİYYAT
“Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə “Əlaqəli dünyada yeni imkanlar” mövzusunda konfrans keçirilib
Bakı, 6 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Dekabrın 6-da “Bakutel-2017”sərgisi çərçivəsində “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə “Əlaqəli dünyada yeni imkanlar” mövzusunda konfrans keçirilib.
Konfransda “Microsoft” şirkətinin nümayəndəsi Anatoli Bakal “Müasir iş yerinin təşkilinə yeni baxış”, “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov “Müasir Qadın”, “Smart Busines” şirkətinin əməliyyat direktoru Kirill Rudnev və “Microsoft Azərbaycan”ın meneceri Emin Axundov “Müasir Uşaqlar” mövzusunda təqdimatlarla çıxış ediblər.
Konfransda, həmçinin “Biznes üçün intellektual sistemlər”, “BMC Sofware, Rəqəmsal gələcək”, “IT xidmətlərin idarə edilməsi sistemi”, “Scrum ilə Agile məhsulunun inkişafı”,“SC WWW – Nə, Harada və Zaman?” və “FBB 2020-ə doğru” mövzularında çıxışlar olub, İKT-nin aktual məsələlərinə dair müzakirələr aparılıb.