ELM VƏ TƏHSİL
“Cavidlər” ayı ilə bağlı silsilə tədbirlərə başlanılıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi “Cavidlər” ayı münasibətilə silsilə tədbirlər təşkil edir.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 13-də bu elm müəssisəsində böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 134 illiyinə həsr edilən “Hüseyn Cavid irsi: milli məfkurəmizin ideya-estetik məzmunu və ədəbi-fəlsəfi mənbəyi” mövzusunda tədbir keçiriləcək.
Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı mövzu ilə bağlı məruzə edəcək. “Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam”, “Azər” və digər ölməz əsərlərin müəllifi olan böyük şair və dramaturq Hüseyn Cavidin ömür yolu, zəngin ədəbi irsi barədə ətraflı məlumat veriləcək.