Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cəbhə bölgəsində aztəminatlı ailələrə bizneslərini qurmaları üçün mal və materialların verilməsinə başlanılıb VİDEO

Cəbhə bölgəsində aztəminatlı ailələrə bizneslərini qurmaları üçün mal və materialların verilməsinə başlanılıb VİDEO

Tərtər, 13 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, ölkəmizdə yoxsulluğun aradan qaldırılması, əhalinin, o cümlədən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü bildirib.

Diqqətə çatdırılıb ki, son 13 ildə Tərtər rayonunda 8479-u daimi olmaqla, 19 min 650 yeni iş yeri açılıb. Rayon Məşğulluq Mərkəzinə 2016-cı ildə 1123 nəfər işaxataran vətəndaş müraciət edib, onlardan 427 nəfəri rayonun idarə, müəssisə və təşkilatlarında daimi işlə təmin olunub. Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar Tərtər rayonu üzrə 22 aztəminatlı vətəndaş “Öz biznesinə başla və təkmilləşdir” proqramı çərçivəsində 2 aylıq təlim kurslarında iştirak edib. Onlardan 18 nəfərin hazırladığı biznes-plan müsbət qiymətləndirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov özünüməşğulluq proqramı barədə məlumat verib, aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılmasının əhəmiyyətini yüksək qiymətləndiriblər.

Bildirilib ki, dövlətimizin başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradıb. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılıb və ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına başlanılıb. Proqram çərçivəsində aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi istiqamətində ilk tədbir olaraq Tərtər, Hacıqabul və Laçın rayonları üzrə bir qrup işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim edilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin Sərəncamının icrası istiqamətində nazirliyin “İşaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili tələbləri” əsasında mərhələli şəkildə işlər aparılıb. İlk mərhələdə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən, 2016-cı ilin aprelin 1-dək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər seçilərək biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Kurslarda təlimçilər tərəfindən iştirakçılara biznes fəaliyyətinin təşkili ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib.

İştirakçılardan 1789 nəfəri kursları uğurla başa vurub. Onların hazırladıqları biznes-planların qiymətləndirilməsi biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında, obyektiv və tam şəffaf şəraitdə keçirilib. Qiymətləndirmədə kursları bitirənlərdən 80 faizinin biznes-planları müsbət dəyərləndirilib. Uğurlu hesab edilən biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal, 0,4 faizi ticarət sahələrinə aiddir.

Artıq 10 rayon (Laçın, Tərtər, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay) üzrə ümumilikdə, 126 nəfər iştirakçının biznes-planlarının reallaşdırılması üçün tələb olunan aktivlərin alınaraq iştirakçılara təqdim olunması prosesinə başlanılıb. Həmin rayonlardan Laçın rayonu üzrə 12 nəfər, Tərtər rayonu üzrə 11 nəfər, Hacıqabul rayonu üzrə 8 nəfər, ümumilikdə, 31 iştirakçıya biznes planlarına uyğun olaraq fərdi təsərrüfatlarının qurulması üçün mal və materiallar alınıb verilib. Bu proses ölkənin digər rayon və şəhərlərində də davam etdiriləcək.

Tədbirdə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Olqa Kulayevanın videomüraciəti olub. Azərbaycanda aktiv əmək bazarı proqramlarının genişləndirilməsini yüksək dəyərləndirən O.Kulayeva ölkəmizdə özünüməşğulluq proqramının icrasının BƏT tərəfindən daim dəstəkləndiyini vurğulayıb. O, proqramın uğurlu nəticələr verəcəyinə, mal və materiallarla təmin olunan insanların fərdi təsərrüfatlarını inkişaf etdirərək, gələcəkdə uğurlu ailə bizneslərini quracaqlarına əminliyini ifadə edib.

Özünüməşğulluq proqramının iştirakçısı olan II qrup Qarabağ müharibəsi əlili Əli Əsədov bildirib ki, ailəsi 7 nəfərdən, o cümlədən 2 azyaşlı uşaqdan ibarətdir: “Dövlətimizin başçısının məlum Sərəncamı bizlərə ailə gəlirlərimizi artırmaq üçün güclü dəstəkdir. Çalışacağıq ki, bu imkandan maksimum faydalanaq, verilmiş mal və materiallardan səmərəli istifadə edək. Ailə bizneslərimizi qurmaq üçün bizlərə belə bir imkan yaradıldığına görə Prezidentimizə təşəkkürümüzü bildirir və əmin edirəm ki, səy və zəhmətimizlə öz təsərrüfatlarımızı getdikcə genişləndirəcəyik”.

Tədbir iştirakçıları sonra Tərtər rayonunun Seydimli kənd sakinləri Səbinə Məmmədovanın, Leyla Abdullayevanın, Qaradağlı kənd sakini Məmmədəli Məmmədovun, Təzəkənd kənd sakini Habil Zalovun özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar alınıb verilməklə yeni qurulmuş fərdi heyvandarlıq təsərrüfatları ilə tanış olublar. S.Məmmədova, L.Abdullayeva və yeni fərdi təsərrüfata sahib olan digər iştirakçılar onların özünüməşğulluğunun təmin olunması, ailə gəlirlərinin artırılması, ümumən biznes imkanlarına malik olmaları üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Proqram çərçıvəsində növbəti tədbir Hacıqabul rayonunda keçirilib. Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun iştirakı ilə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmuş Qarabağ müharibəsi veteranı Akif Qədirovun, Fuad Mehdiyevin və Firuzə Nuriyevanın fərdi təsərrüfatlarına baxış olub.

A.Qədirov 4 nəfərlik ailəsinin yeni təsərrüfatı inkişaf etdirmək üçün yaxşı imkanlarının olduğunu vurğulayıb: “Ailəmizin fermer təsərrüfatını qurmaq çoxdankı arzum idi, lakin bunun üçün ilkin vəsaitimiz yox idi. Özüm də rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyatda idim. Özünüməşğulluq proqramı barədə öyrənəndən sonra həmin proqramda iştirak etmək üçün Məşğulluq Mərkəzinə müraciət etdim. Çox obyektiv və ədalətli şəkildə seçim edildi və mən iki aylıq kursa cəlb olundum. Fermer təsərrüfatı qurmaq və onu inkişaf etdirmək üçün bu kursda çox şey öyrəndim. Artıq mənim ailəmin öz fərdi təsərrüfatı var. Belə böyük diqqət və qayğıya görə Prezidentimizə təşəkkür edirik. Bu dəstəyi layiqli şəkildə doğruldacağıq, təsərrüfatımızı inkişaf etdirməklə, ailə gəlirlərimizi daim artıracağıq”.

F.Mehdiyev və F.Nuriyeva da onlara ailə təsərrüfatlarını qurmaları üçün geniş imkan yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar verilən mal və materiallar müqabilində uğurlu ailə biznesi quracaqlarına əmin olduqlarını vurğulayıblar.

Özünüməşğulluq proqramı çərçivəsində 1500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə biznesinin qurulması yolu ilə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğu təmin olunacaq. Həmin insanların ailə bizneslərini təşkil etdikdən sonrakı dövrdə də təsərrüfatlarını necə idarə etdikləri müşahidə altında saxlanılacaq. Müvafiq hallarda onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün lazımi məsləhətlər, tövsiyələr veriləcək, bunun üçün zəruri institusional işlər aparılacaq.

Cəbhə bölgəsində aztəminatlı ailələrə bizneslərini qurmaları üçün mal və materialların verilməsinə başlanılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub