SİYASƏT
CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS REJİMİ POZULMUŞDUR
Bakı, 12 dekabr (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 11-də saat 9.30-dan 9.43-dək və saat 10.20-dən 10.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə, saat 20.20-dən 20.45-dək Ağdam rayonunun Yusifcanlı, saat 22.30-dan 22.45-dək Füzuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur.
İtki yoxdur.