İQTİSADİYYAT
Cəlilabad Rayon Olimpiya İdman Kompleksində Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşlar üçün qəbul keçiriləcəkdir
Bakı, 22 oktyabr (AZƏRTAC). İqtisadi inkişaf nazirinin səlahiyyətlərini icra edən Şahin Mustafayev oktyabrın 25-də saat 10:00-dan etibarən Cəlilabad Rayon Olimpiya İdman Kompleksində (Ünvan: Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296) Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Lənkəran regional bölməsi (Ünvan: Cəlilabad şəhəri, H.Əliyev prospekti, 3, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025)255-10-71, (050) 235-01-07, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.