CƏMİYYƏT
Cəlilabad sakinində qanunsuz olaraq saxladığı tüfəng aşkarlanıb
Bakı, 16 yanvar, AZƏRTAC
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini S.Məmmədovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən, həmçinin rayon sakinləri S.Yarıyev və S.Piriyevin isə mülki silahın daşınması qaydalarını pozduqları müəyyən edilib.
Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.