Cəlilabadda avtomobil yanıb
Cəlilabad, 5 aprel, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonunda nəqliyyat vasitəsi yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayonu Dələli kənd sakini, 1951-ci il təvəllüdlü Savad Əvəz oğlu Qürbətova məxsus "VAZ - 21099" markalı 99-BJ-345 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yanar konstruksiyaları anidən alışaraq yanıb.
Əraziyə FHN-in yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanan nəqliyyat vasitəsi söndürülüb. Yanğının ətrafa keçməsinin qarşısı alınıb.
Fakt üzrə araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb
- 15.10.2026 [13:02]