Cəlilabadda meşədə baş verən yanğın söndürülüb
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də saat 14 radələrində Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Göytəpə meşəbəyliyinin 16 saylı dolayının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Əraziyə dərhal ETSN-in yerli qurumlarının əməkdaşları cəlb olunub. Ərazi yüksək dağ massivində yerləşdiyindən alovun söndürülməsi üçün əsasən əl əməyindən istifadə edilib. Nazirliyin əməkdaşlarının ciddi səyləri nəticəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın 20 sot ərazini əhatə edib və meşə fonduna ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.
Yanğının başvermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
ETSN havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]