REGİONLAR
Cəlilabadlı gənc fermer Türkiyədən gətirdiyi yeni lobya növündən bol məhsul əldə edib
Cəlilabad, 3 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadlı gənc fermer Samir Bayramov Türkiyədən gətirdiyi yeni lobya növündən bol məhsul əldə edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, S.Bayramov bu il təsərrüfatında yerli lobya növləri ilə yanaşı, 2 hektar sahədə yeni növ lobya əkib.
Yeni lobya növünün daha məhsuldar, xəstəliyə, istiyə və yağışa davamlı olduğunu söyləyən gənc fermer artıq sahələrdə yığım kampaniyasına başlanıldığını, qış mövsümünədək davam edəcək məhsul yığımına 100-ə yaxın fəhlənin cəlb olunduğunu, əkilən sahədən 1 tona yaxın məhsul götürəcəyini bildirib.
Məhsulun satışında heç bir problemin olmadığını deyən fermer növbəti əkin zamanı 3 hektar sahədə yeni lobya növündən istifadə ediləcəyini söyləyib.
Qeyd edək ki, hazırda yerli bazarlarda lobyanın satış qiyməti 60-70 qəpikdir.