CƏMİL ƏMİROVUN KONSERTİ OLMUŞDUR
konserti olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konsertdə bəstəkarın əsərlərindən parçalar və klassik caz musiqiləri səslənmişdir. Musiqiçini “Səvab” caz qrupu müşayiət etmişdir. Milli nəfəsli alətlər olan balaban, ney, zurna ilə caz musiqi alətlərinin sintezi, yeni və orijinal improvizələr, həmçinin Azərbaycan və dünya caz numunələri ifa olunmuşdur. Musiqi həvəskarları Cəmil Əmirovu və caz qrupunu hərarətlə qarşılamışlar.