CENTLEMENLƏR HEÇ VAXT BORCLU QALMIRLAR
84 yaşlı Con Gec sürətin məhdudlaşdırıldığı yolda saatda 55 mil sürətlə getdiyi üçün patrul polisi tərəfindən saxlanılmışdı. Bu xoşagəlməz hadisə 1954-ci ilin iyulunda Filadelfiyada (ABŞ) məzuniyyət vaxtı baş vermişdi.
C.Gec mehmanxanaya qayıdan kimi cəriməni ödəyəcəyini vəd etmiş, lakin bunu unutmuşdu. Keçən həftə isə həmin başabəla qəbzi tapmışdır.
Gec beşfuntluq əskinazla üzrxahlıq məktubu göndərmiş, sonra Filadelfiya polisinə zəng vuraraq şəxsən üzr istəmişdir.
Hazırda qocalar evində yaşayan Gec demişdir: “Mən onlara dedim ki, ingilislər heç vaxt borclu qalmırlar və indi mənim vicdanım təmizdir”.
ABŞ polisinin zabiti Mark Foht bu hadisə ilə bağlı demişdir: “Mən Gecin məktubunu və beşfuntluq əskinazı alicənablıq nümunəsi kimi çərçivəyə salıb asacağam, çünki gecikmiş olsa da, üzrxahlıq ən yaxşı siyasətdir.”
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]