Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və Hökumətinə Cənubi Afrika Respublikasının xalqı, Hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı diləyir, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da gücləndirmək arzusunda olduğumuzu bir daha təsdiq edirik.

Zati-aliləri, xahiş edirəm, yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Ceykob Gedleyihlekisa Zuma

Cənubi Afrika Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin