İQTİSADİYYAT
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsində artıq son mərhələ başa çatmışdır
Bakı, 12 aprel (AZƏRTAC, Nihat Budaqov). Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsində artıq son mərhələ başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində demişdir.
R.Abdullayev bildirmişdir ki, hazırda tikinti işlərinin aparılması üçün son hazırlıqlar aparılır. Layihə üzrə tender, mal və material satınalmaları da davam etdirilir. Hələ ki, bu işlərdə heç bir gecikmə yoxdur.
ARDNŞ-in prezidenti qeyd etmişdir ki, bu böyük layihə üzrə bütün işlər məhz Azərbaycanda həyata keçiriləcəkdir. Biz maksimum çalışırıq ki, təkrar olunan avadanlıqların istehsalını Azərbaycanda təşkil edək. Bu böyük investisiya layihəsi Prezident İlham Əliyevin “Sənaye ili” elan etdiyi 2014-cü ilə və Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]