DÜNYA
Cərrahi əməliyyatlar qanitirmə olmadan keçirilir
Bakı, 17 avqust (AZƏRTAC). Moskvada yaradılmış autohemotransfuzerin köməyi ilə cərrahiyyə əməliyyatı zamanı pasientin yarasından qan çəkilir, yığılır, daha sonra filtrasiya edilərək qandan eritrositlər ayrılır və əməliyyatdan sonra pasientə təkrar köçürülməsi üçün konteynerlərdə saxlanılır. Beləliklə, bu, donor qanının köçürülməsi zamanı hepatit, QİÇS (qazanılmış immun çatışmazlığı sindromu), malyariya və s. kimi viruslara yoluxma riskini tamamilə aradan qaldırır.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, aparatın xüsusiyyəti ondan ibarətdir ki, onun işini idarə edən pnevmatikanın üzərində vakuum nasosu və kompressor quraşdırılmışdır. Bunun sayəsində eritrositlər üçün travmotəhlükəli diyircəkli nasosları süni ürək tipli ikikameralı nasos ilə əvəz etmək mümkün olmuşdur.
Aparat həm stasionar, həm də səyyar şəraitdə tətbiq edilə bilər. Bu zaman iki qida mənbəyindən, sənaye şəbəkəsi və 12 voltluq akkumulyatordan istifadə edilir.