Çempionlar Liqası: “Sabah”ın potensial rəqibi bəlli olur
Bakı, 3 avqust, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibi bəlli olacaq.
Bakı klubu III təsnifat mərhələsində Danimarkanın "Orxus" komandasını məğlub etsə, növbəti raundda aşağıdakı kollektivlərdən biri ilə üz-üzə gələcək:
"Seltik" (Şotlandiya)
AEK (Yunanıstan)
"Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) cütünün qalibi
"Dinamo Zaqreb" (Xorvatiya) - "Jalgiris" (Litva) cütünün qalibi
"Slovan" (Slovakiya) - "Myölbü" (İsveç) cütünün qalibi.
“Sabah” Çempionlar Liqasında mübarizəni dayandıracağı təqdirdə isə yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək və aşağıdakı rəqiblərdən biri ilə üz-üzə gələcək:
"Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi
"Makkabi (Təl-Əviv, İsrail) - ÇSKA (Sofiya, Bolqarıstan) cütünün qalibi
"Lex" (Poznan, Polşa) - "Klaksvik" (Farer adaları) cütünün qalibi
"Qradets (Kralove, Çexiya) - "Beşiktaş" (Türkiyə) cütünün qalibi
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da təşkil olunacaq.