İDMAN
Çempionlar Liqası yarışlarında mübarizə aparacaq Azərbaycanın voleybol komandalarının rəqibləri müəyyənləşmişdir
Bakı, 29 iyun (AZƏRTAC). Voleybol üzrə Çempionlar Liqası yarışlarının püşkatma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri müəyyənləşmişdir.
Çempionlar Liqasında Azərbaycanın qadınlardan ibarət üç komandası yarışacaqdır. Bunlar Bakının “Rabitə”, “İqtisadçı” və “Azəryol” klublarıdır.
Püşkün nəticəsinə əsasən, Azərbaycan Super Liqasının qalibi “Rabitə” A qrupunda Rusiyanın “Omiçka”, Fransanın “Beziers” və Almaniyanın “Dresdner” komandaları ilə yarışacaqdır.
“İqtisadçı” B qrupunda yer almışdır. Bu qrupda Rusiyanın “Dinamo” (Moskva), İtaliyanın “Pyaçentsa” və Serbiyanın “Srvena Zvezda” klubları yer almışlar.
“Azəryol” isə E qrupunda Türkiyənin “Qalatasaray”, İtaliyanın “Konegliano” və İtaliyanın “Yamamay” klublarına rəqib olmuşdur.