İDMAN
Çempionlar Liqası yarışlarının I dövrəsinin yekununa əsasən ən çox xal toplayan voleybolçuların adları açıqlanmışdır
Bakı, 17 noyabr (AZƏRTAC). Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının I dövrəsinin yekununa əsasən ən çox xal toplayan idmançıların adları açıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan klublarından “Lokomotiv” və “Rabitə”nin oyunçuları ilk onluqda yer almışlar.
Belə ki, yalnız “Azərreyl”in üzvlərinin yer almadığı (klubun ən məhsuldar voleybolçusu Meqan Hodj 43 xalla 23-cü yerləri bölüşür) siyahıda ən yaxşı göstəricimiz “Lokomotiv”in çexiyalı hücumçusu Aneta Havlikovaya məxsusdur. Legionerimiz 69 xalla 2-ci pillədə qərarlaşmışdır. O, birinci olan “Qalatasaray”ın (Türkiyə) voleybolçusu Rosir Karderon Diasdan 1 xal geri qalır ki, bu da səbəbsiz deyildir. Çünki R.Dias voleybolçumuzdan 1 set artıq oynamışdır.
“Rabitə”nin voleybolçusu Madeleyne Montano isə cədvəldə 8-cidir. O, R.Diasdan 13 xal geri qalır. Kolumbiyalı legionerimiz isə liderdən 3 hissə az meydanda olmuşdur.