İDMAN
“Chessable Masters”: Finalda Maqnus Karlsen Aniş Giri ilə mübarizə aparacaq
Bakı, 3 iyul, AZƏRTAC
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində - “Chessable Masters” yarışının final oyunu start götürəcək.
AZƏRTAC xəbər verir ki, iyulun 3-də onlayn formatda keçiriləcək matçda M.Kalsen hollandiyalı şahmatçı Aniş Giri ilə oynayacaq.
Qeyd edək ki, “Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.
Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
Xatırladaq ki, beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin - “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.