Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çex Respublikasının Prezidenti Miloş Zemandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırım. Mən şadam ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.

Zati-aliləri, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan Respublikasının vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

Miloş Zeman

Çex Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin