Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Çex Respublikasının sabiq Baş Naziri (2009-2010), sabiq Maliyyə naziri (2013-2014), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yan Fişerdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident.

Sizin doğum gününüz Azərbaycanın sabit milli iqtisadiyyatı olan, xalqının tədricən yüksək həyat şəraitinin təmin edildiyi, həm regional, həm də beynəlxalq münasibətlərin nüfuzlu aktoru kimi fəal rol oynayan müasir ölkəyə çevrilməsində Zati-alinizin böyük töhfəsini yüksək qiymətləndirmək baxımından gözəl imkandır.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı arzulayır, Azərbaycanı firavan saxlamaq və ölkənizi parlaq gələcəyə doğru aparmaq yolunda uğurlar diləyirəm.

 

Yan Fişer

Çex Respublikasının sabiq Baş Naziri (2009-2010),

sabiq Maliyyə naziri (2013-2014),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin