DÜNYA
Çexiya poçtu ölkənin yeni prezidentinin təsviri ilə ilk markaları satışa buraxıb
Praqa, 7 iyun, AZƏRTAC
Bu gündən başlayaraq Çexiya poçtu üzərində ölkənin yeni Prezidenti Petr Pavelin portreti olan poçt markalarının satışına başlayıb. On ədəd özüyapışan markadan ibarət olan dəst yalnız bütöv satılır. Qiyməti 10 avro olan markanın tirajı 100 min dəst təşkil edir.
AZƏRTAC xəbər verir ki, markaların dizaynının müəllifi Petr Ştepandır. Dəstə daxil olan hər bir marka fonun rəngi ilə fərqlənir. Seçilən rənglər Çexiya mədəniyyəti və tarixi ilə bağlı olan yeri, hadisəni və ya əşyanı təcəssüm etdirir. Çexiya poçtunun mətbuat üçün məlumatında qeyd olunur ki, markalardakı rənglər Çexiya himnindən, bədii əsərlərindən və ənənəvi peşələrindən ilhamlanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa