Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsi sədrinin müavini, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçekin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram

Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Yan Hamaçek “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 noyabr 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin