Çexiyada 17 nəfər soyuqdan ölüb
Praqa, 28 yanvar, AZƏRTAC
Ötən il dekabrın 1-dən bəri Çexiyada güclü şaxtalar və hipotermiya nəticəsində 17 nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli təcili yardım xidmətləri və tibb müəssisələri məlumat yayıb. Hadisələrin əksəriyyəti gecə temperaturun aşağı olduğu regionlarda qeydə alınıb, həmin ərazilərdə termometrlərin göstəriciləri sıfırdan xeyli aşağı düşüb.
Mütəxəssislərin məlumatına görə, ölənlər arasında əsasən daimi yaşayış yeri olmayan şəxslər, eləcə də yaşlı insanlar və alkoqollu vəziyyətdə olanlar üstünlük təşkil edir. Həkimlər bildirirlər ki, hipotermiya çox vaxt hiss olunmadan inkişaf edir və qısa müddətdə ölümə səbəb ola bilər.
Bununla əlaqədar olaraq, hakimiyyət orqanları sosial xidmətlərin, gecə sığınacaqlarının və isinmə məntəqələrinin fəaliyyətini gücləndirib. Polis və könüllülər soyuq havada küçədə olan insanlara yardım təklif etmək üçün reydlər keçirirlər.
Xilasedicilər vətəndaşları ehtiyat tədbirlərinə əməl etməyə, şaxtada uzun müddət qalmaqdan çəkinməyə və təcili yardıma ehtiyacı olan şəxslər barədə məlumat verməyə çağırırlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [18:41]
Böyük Britaniyanın yenidən Avropa İttifaqına üzvlüyünə dair çağırış edilib
- 18.11.2026 [17:39]
Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib
- 18.11.2026 [17:29]
Macarıstanın xalis sıfır emissiya hədəfi 48 milyard avroya başa gələ bilər
- 18.11.2026 [17:09]