Çexiyada ilk dəfə külək turbini aşıb
Praqa, 21 avqust, AZƏRTAC
Çexiyanın Prerov vilayətində 30 metr hündürlüyündə külək elektrik qurğusu aşıb.
AZƏRTAC xəbər verir ki, bu, ölkə tarixində külək turbininin bu cür qəza nəticəsində dağılması ilə bağlı ilk hadisədir. Hadisə Potştat şəhəri yaxınlığında baş verib. Məlumata görə, qurğu tamamilə yerə düşüb, insident nəticəsində xəsarət alan olmayıb.
Yerli hakimiyyət orqanları hadisə barədə məlumat yayıb. Hazırda qəzanın səbəbləri araşdırılır.
Mütəxəssislərin fikrincə, külək turbinlərinin konstruksiyaları güclü küləklərə və digər hava şəraitinə davamlı şəkildə layihələndirilir. Buna görə də belə qəza nadir hal hesab olunur. Hadisə ərazidə təhlükəsizlik tədbirlərinin görülməsinə və qurğunun ətrafının müvəqqəti nəzarətə götürülməsinə səbəb olub.
Mütəxəssislər, həmçinin turbinin texniki vəziyyətinin və konstruksiyasının ətraflı yoxlanılacağını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]