İDMAN
Çilidə dunyanın ən güclü və ən böyük kosmik rəsədxanası istifadəyə verilmişdir
Bakı, 15 mart (AZƏRTAC). Çilidə dunyanın ən güclü və ən böyük kosmik rəsədxanası ALMA istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, rəsədxana Çilinin çimalında, Antofaqasta şəhərinin yaxınlığındakı Atakama səhrasında, dəniz səviyyəsindən 5 min metr hündürlükdə yerləşir.
ALMA rəsədxanasının nadir məkanı onu radiomüşahidələr baxımından açıq kosmosdan geri qalmayan, Yerdəki yeganə bölgəyə çevirmişdir. Səhranın quru havası və iri şəhərdən uzaqda olması ALMA-ya millimetr və submillimetr diapazonu dalğalarda çalışmağa imkan verir. Bu minvalla ALMA “zaman maşını” funksiyasını yerinə yetirərək alimlərə ulduzlar, planetlər və qalaktikaların yaranması prosesinin fotoşəkillərini çəkməyə imkan verəcəkdir.
Dəyəri 500 milyard dollar olan ALMA rəsədxanasının inşasında 14 ölkə iştirak etmişdir. 2005-ci ildə tikintisi başlanmış rəsədxanada radioteleskop vasitəsilə ilk foto 2011-ci ilin oktyabrında çəkilmişdir. ALMA 66 nəhəng parabolik antendən ibarətdir. Antenlər sisteminin ümumi uzunluğu 16 kilometrdir.