DÜNYA
Çin üzən şəhər salmağı planlaşdırır
Bakı, 13 iyun (AZƏRTAC). Get-gedə artan əhalini yerləşdirməkdə çətinlik çəkən Çin üzən şəhər salmağı planlaşdırır.
Artıq üzən şəhərin layihəsi də hazırdır. Pilot layihənin gələn il icra edilməsi planlaşdırılır.
Üzən şəhərin Honk Konq ilə Macau şəhərləri arasında inşa edilməsi planlaşdırılır. 10 kvadrat km sahəsi olacaq ada şəhərdə yaşayanların bütün ehtiyacı adada qarşılanacaq.
Layihə rəhbərinin sözlərinə görə, insanların işə getmək üçün belə bu adadan çıxmasına gərək olmayacaqdır. Çünki hər şey adanın üzərində olacaqdır.
Burada hətta toplanan zibillərin belə elektrik enerjisinə çevrilməsi planlaşdırılır. Bəzi məhsulları istehsal etmək üçün fabriklər belə qurulacaqdır.
Ada hətta qlobal iqlim dəyişikliyinə də uyğundur. Belə ki, suyun səviyyəsi yüksəldikcə ada da yüksəlir.