Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB TSZYAN TSZEMİNƏ

Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında dostluq və əməkdaşlığın tarixi ənənələrini qoruyub saxlamaqla dövlətlərarası münasibətlərimizi daim inkişaf etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin