ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB XU SZİNTAOYA
Hörmətli cənab Sədr,
Çin Xalq Respublikasının Dəniz Donanmasına məxsus sualtı qayığın qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çin xalqına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
7 may 2003-cü il