Çində 3D printerlə körpü çap edilib
Bakı, 11 fevral, AZƏRTAC
Çinin Şanxay şəhər parkında 26 metr uzunluğunda və 5 ton ağırlığında üçölçülü (3D) printerdə çap edilən ilk körpünün açılışı olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, kanal üzərindən qeyri-adi keçid 35 günə hazırlanıb. Körpü üçün istismar müddəti də nəzərdə tutulub: mütəxəssislərin sözlərinə görə, yeni arxitektura elementinin istismar müddəti 30 il təşkil edir.
Tikili robotlaşdırılmış ələ malik iki üçölçülü çap sistemindən istifadə edilməklə hazırlanan 176 beton blokdan ibarətdir. Layihə müəllifləri yaşı 1400 ildən çox olan Çinin ən qədim Antszi körpüsünün tağ formasını təkrarladıqlarından xüsusi qürur hissi duyurlar.
Maraqlıdır ki, çap edilmiş körpünün yaradılması ənənəvi tikinti ilə müqayisədə üçdə bir dəfə ucuz başa gəlib. Dizaynerlərin sözlərinə görə, xərcləri ilk növbədə armatur və tir atılmaya vəsaitlərin az sərf edilməsi sayəsində azaltmaq mümkün olub.
Hazırda müəlliflər əmin olmaq istəyir ki, layihə həm iqtisadi baxımdan sərfəli, həm də uzunmüddətlidir. Bu səbəbdən körpüyə vaxt ötdükcə betonun deformasiyasını izləyəcək monitorinq sistemi quraşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]