ÇİNDƏ 5,9 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLMUŞDUR
Xarici informasiya agentliklərindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, avqustun 17-də Çinin Daxili Monqolustan muxtar rayonunda Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş vermişdir. Yeraltı təkanlar Bayrin Szuqsi və Xorsin Si şəhərlərində böyük dağıntılar yaratmış, nəticədə 2 nəfər ölmüş, 42 nəfər yaralanmışdır.
Hazırda yerli hakimiyyət orqanları tərəfindən xilasetmə işləri aparılır, zərərçəkənlərə yardım göstərilir, yaşayış məntəqələrində dağıntıların miqyasını və təbii fəlakət nəticəsində dəymiş iqtisadi ziyanı müəyyənləşdirmək üçün tədbirlər görülür.
Daxili Monqolustan rayonunda bu gücdə zəlzələ sonuncu dəfə 700 il əvvəl qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [18:41]
Böyük Britaniyanın yenidən Avropa İttifaqına üzvlüyünə dair çağırış edilib
- 18.11.2026 [17:39]
Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib
- 18.11.2026 [17:29]
Macarıstanın xalis sıfır emissiya hədəfi 48 milyard avroya başa gələ bilər
- 18.11.2026 [17:09]