Çində ard-arda 3 zəlzələ olub
Pekin, 21 may, AZƏRTAC
Çinin cənub-qərbindəki Yünnan vilayətində bir neçə yeraltı təkan qeydə alınıb. Onların ən güclüsü 6,4 bal olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Yanbi muxtar rayonunda 5,6 bal gücündə ilk zəlzələ yerli vaxtla saat 21:21-də (Bakı vaxtı ilə 17:21) baş verib. Onun ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.
Ərazidə saat 21:48-də 6,4 bal, 21:55-də isə 5 bal gücündə növbəti təkanlar qeydə alınıb. Həmin zəlzələlərin ocağı isə yer səthindən 8 kilometr dərinlikdə olub.
Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [19:31]
Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib
- 12.11.2026 [18:53]
London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır
- 12.11.2026 [18:44]
Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
- 12.11.2026 [18:33]
Vaşinqtonda silahlı insident baş verib
- 12.11.2026 [18:28]