Çində partlayışda 5 nəfər ölüb, 6 nəfər itkin düşüb
Pekin, 27 may, AZƏRTAC
Çinin Şandon əyalətində kimyəvi məhsullar zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb.
AZƏRTAC əyalət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə yerli vaxtla 11:57-də (Bakı vaxtı ilə 7:57) Qaomi şəhərində baş verib. Partlayış nəticəsində 19 nəfər xəsarət alıb.
Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Fövqəladə hallar nazirinin müavini Hu Minlanın rəhbərlik etdiyi axtarış-xilasetmə əməliyyatına 232 nəfər canlı qüvvə, 55 texnika cəlb olunub. Ətraf ərazidə yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]