Çində tornado 10 nəfərin ölümünə səbəb olub
Pekin, 20 sentyabr, AZƏRTAC
Çinin şərqindəki Ciansu vilayətində tornado 10 nəfərin ölümünə, 8 nəfərin xəsarət almasına səbəb olub.
AZƏRTAC yerli hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, tornado sentyabrın 19-da yerli vaxtla saat 17:20 radələrində vilayətin Suçien şəhərinin Dasin və Nançay qəsəbələrini vurub. Təbii fəlakətdən 5500-dən çox sakin zərər çəkib, 1646 ev böyük dərəcədə zədələnib, 137 ev isə tamamilə dağılıb. Bundan başqa, 42 hektar əkin sahəsinə ziyan dəyib, 405 nəfər təhlükəsiz yerlərə təxliyə edilib.
Hazırda ərazidə axtarış və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.11.2026 [21:01]
Nigeriyada gəmi qəzası: 50-dən çox insan ölüb, axtarışlar davam edir
- 21.11.2026 [20:03]
Tramp: ABŞ və İran arasındakı razılaşma daimi olmalıdır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]