ÇİNDƏ ZƏLZƏLƏ OLMUŞDUR
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, iyunun 3-də səhər saat 5:34 (Bakı vaxtı ilə 1:34) dəqiqədə Çin Xalq Respublikasının (ÇXR) cənub-qərbindəki Yunnan əyalətinin Puer şəhərində zəlzələ baş vermişdir. Rixter cədvəli ilə 6,4 bal gücünə malik zəlzələnin episentri 23 dərəcə şimal en, 101,1 dərəcə şərq uzunluq dairəsindədir. İnzibati cəhətdən Puerin tabeliyində olan Hani şəhəri və Ningyer milli muxtar qəzası daha çox zərər çəkmişdir.
Verilən məlumatlara görə, 2 nəfər həlak olmuş, 15 nəfər ağır, 192 nəfər yüngül yaralanmışdır. Xeyli ev dağılmış, yollara və telekommunikasiya şəbəkələrinə daha çox ziyan dəymişdir. Əhalinin su və elektrik enerjisi ilə təminatı pozulmuşdur.
ÇXR Dövlət Seysmoloji İdarəsindən bildirmişlər ki, Pekindən təbii fəlakət ərazisinə iki xilasetmə qrupu göndərilmişdir, fövqəladə bərpa işləri aparılır. Puero hökuməti zərərçəkmiş rayonlara 132 min ABŞ dolları məbləğində yardım ayırmış, oraya çadır və adyallar, geyim əşyaları göndərmişdir. İlkin məlumata görə, təcili olaraq təqribən 120 min nəfəri köçürmək lazım gələcəkdir.
Xatırladaq ki, Puer ölkənin köhnə və tanınmış turist şəhərlərindən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
- 14.11.2026 [07:08]
Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər
- 14.11.2026 [05:45]
ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
- 13.11.2026 [19:07]
Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir
- 13.11.2026 [18:41]