ÇİNGİZ AYTMATOVUN AİLƏSİNƏ
Əziz Çingiz Torekuloviçin vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Dünya şöhrətli yazıçı, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Çingiz Aytmatov bizim xatirimizdə həmişə Azərbaycanın böyük dostu, qeyri-adi parlaq şəxsiyyət, dərin məzmunlu həyat yolu keçmiş, yüksək vətəndaşlıq, mənəviyyat, tükənməz əməksevərlik və seçdiyi işə sədaqət keyfiyyətləri ilə fərqlənən gözəl insan kimi qalacaqdır.
Bu ağır və əvəzsiz itki ilə əlaqədar sizə səmimi qəlbdən başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 iyun 2008-ci il.